Əlaqə Arxiv
news Image
2015.10.13
13:45
| A A A
Oqtay Əsədov: "Bəzi investisiya layihələri təxirə salınıb"
"Amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək"

"Gələn ilin dövlət büdcəsinin azalması Dövlət Neft Fondundan transfertlərin azalmasının nəticəsidir".

Movqe.az-ın-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.

O. Əsədov deyib ki, cari il büdcəyə Dövlət Neft Fondundan 10,4 mlrd. manat transfert edildiyi halda, gələn il bu rəqəmin 6 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Spiker əlavə edib ki, bəzi əvvəl başlanılan investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.


Sizin Reklam Yeriniz