Əlaqə Arxiv
news Image
2015.10.13
14:21
| A A A
Azərbaycanda qeyri-sabit havalar oktyabrın 17-dək davam edəcək
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şərairi üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.


Şimal-qərb küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.


Oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəsas insanlar üçün əsasən əlverişli olacaq.


Oktyabrın 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz