Əlaqə Arxiv
news Image
2015.10.13
17:12
| A A A
Nazir: “Qiyməti tənzimlənmiş dərman vasitələrinin 98 faizinin qiyməti endirilib”

"Ötən müddət ərzində 2200-ə yaxın dərmanın qiyməti tənzimlənib. Bu dərmanların 53 faizinin qiyməti 2 dəfə, 28 faizinin qiyməti isə 3 dəfədən çox azaldılıb".

 

Movqe.az-ın məlumatına görə, bunu bu gün iqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev Milli Məclisdə 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib.

 

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin 98 faizinin qiymətinin endirildiyini qeyd edən nazir deyib ki, hazırda satışda olan dərman vasitələrinin 25 faizinin qiyməti tənzimlənib: "Bu məsələ dövlət başçısının diqqət mərkəzindədir, dərmanların qiymətinin tənzimlənməsi prosesi davam edəcək".

Sizin Reklam Yeriniz