Əlaqə Arxiv
news Image
2015.10.14
12:04
| A A A
246 tibbi işçisi imtahandan kəsilib
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə "Buraxılış vərəqəsi" verilib. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.Onlardan 7513 nəfər imtahanlardan uğurla keçiblər. 1-ci cəhddən imtahanlarda 246 nəfər keçə bilməyib. İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb. İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.
Sizin Reklam Yeriniz