Əlaqə Arxiv
news Image
2015.10.14
16:18
| A A A
Səhiyyə Nazirliyi: 7513 nəfər sertifikasiya imtahanlarından uğurla keçib

2015-ci ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə "Buraxılış vərəqəsi" verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, onlardan 7513 nəfər imtahanlardan uğurla keçiblər. 1-ci cəhddən imtahanlarda 246 nəfər keçə bilməyib.

İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.


Sizin Reklam Yeriniz