Paytaxtda "Baku Bus"-ın yeni marşurutu açılacaq-Özəl
Bakıda daha bir marşurut xətti açılqcaq. Bu barədə Movqe.az-a
"Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətin rəhbəri Vüqar
İbrahimli məlumat verib. V. İbrahimli bildirib ki, açılacaq yeni
xətə "BakuBus"-ın yeni avtobusları buraxılacaq: "Bu həftənin
sonundan Bakıda 2 saylı marşurut açılaraq sərnişinlərin
istifadəsinə veriləcək. Marşurut avtobusu 20 Yanvar
metrostansiyasının yaxınlığından hərəkət edəcək: "Hələki bu
marşurutun tam olaraq 20 Yanvar dairəsindən hansı istiqamətə
gedəcəyi dəqiqləşdirilir".