Əlaqə Arxiv
news Image
2015.10.15
12:38
| A A A
Azadlıq prospektində dayanacaq etirazı-Sərnişinlərdən Nəqliyyat Nazirliyinə şikayət

Paytaxtda sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son vaxtlar xeyli işlər görülsə də, dayanacaq problemi bu günədək qalmaqdadır. Movqe.az-a bununla bağlı müraciət edən sərnişinlər Azadlıq prospektində, "Dostluq" kinoteatrı ilə üzbəüz qoyulan dayanacaqla "Dəmiryol Vağzalı"nın aşağı hissəsində qoyulan dayanacaq arasında məsafənin həddindən artıq uzun olmasından şikayətləniblər. Sərnişinlərin sözlərinə görə,  Azadlıq prospektində, "Dostluq" kinoteatrı ilə üzbəüz qoyulan dayanacaqda avtobusa minən sərnişinlər "Dəmiryol Vağzalı"na qədər heç bir yerdə düşə bilmirlər. Baxmayaraq ki, bu məsafə arasında yaşayış binaları, xəstəxanalar, məktəb və uşaq bağçaları və müxtəlif təyinatlı iaşə obyektləri fəaliyyət göstərir. Sərnişinlər deyir ki, əvvəllər  Azadlıq prospektində, "Dostluq" kinoteatrı ilə üzbəüz qoyulan dayanacaqla "Dəmiryol Vağzalı" arasında olan məsafədə iki dayanacaq vardı. Dayanacaqlardan biri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasından bir neçə metr məsafə aşağıda, digəri isə Azadlıq prospekti 49 ünvanında qoyulmuşdu. Sərnişinlər rahat şəkildə  Azadlıq prospektində bu iki dayanacaqdan birində düşərək yaxınlıqda yerləşən xəstəxanalara, məktəb və uşaq bağçalarına eləcə də müxtəlif təyinatlı iaşə obyektlərinə gedə bilirdi. Hazırda isə bu ərazidə yerləşən xəstəxanalara getmək üçün xəstələr uzun məsafəni, yəni, "Dəmiryol Vağzalı"ndan Azadlıq prospektinə üzüyuxarı geri qayıtmaq məcburiyyətində qalırlar: "Yaşlı insanlar, hamilə qadınlar, əliuşaqlı analar,fiziki məhdudiyyətli insanlar üçün bu qədər məsafəni geri qayıtmaq çətin olmaqla yanaşı, vaxt itgisinə də səbəb olur. Odur ki, biz Nəqliyyat Nazirliyindən Azadlıq prospektində, "Dostluq" kinoteatrı ilə üzbəüz qoyulan dayanacaqla "Dəmiryol Vağzalı" arasında olan məsafədə ən azı o dayanacaqlardan birini yenidən bərpa etməyi xahiş edirik".

Movqe.az- problemlə bağlı "Bakısərnişinnəqliyyatı" MMC ilə əlaqə saxlayıb. Qurumun Nəzarət Xidmətin rəhbəri Vüqar İbrahimli  sözügedən problemlə bağlı onlara sərnişinlərdən bir neçə müraciət daxil olduğunu, bu problemlərin həll olunması üçün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminə məlumat verildiyini söyləyib. Movqe.az-ın əməkdaşı Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin mətbuat xidməti ilə əlaqə saxlamağa bir neçə dəfə cəhd etsə də, qurumun sözçüsünün işdə olmadığı, mobil əlaqə nömrəsinin isə mətbuata açıq olmadığını söyləyiblər. Amma Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin qaynar xətindən problemlə bağlı sərnişinlərdən müraciət daxil olduğunu, sözügedən əraziyə dayanacaq qoyulması üçün məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyini söylədilər. 

Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov Movqe.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, yaşayış və sosial obyektlərin yerləşdiyi ərazilərdə dayanacaqlar arasında məsafə çox uzun olmamalıdır. Ə. Hüseynovun sözlərinə görə, dayanacaqlar arasında məsafə sərnişin axınına uyğun, yol hərəkətinin optimallığına uyğun qoyulmalıdır: "Əgər yol boyu yaşayış evləri, sosial obyektlər yoxdursa, dayanacaqlar arası məsafə uzun ola bilər. Sizin dediyiniz ərazi isə sərnişin sıxlığının olduğu, məktəblərin, xəstəxana və yaşayış binalarının çox olduğu bir yerdir. Hələ sovet dövründən Azadlıq prospektində, "Dostluq" kinoteatrı ilə üzbəüz qoyulan dayanacaqla "Dəmiryol Vağzalı" arasında olan məsafədə iki dayanacaq vardı. İnsanlar rahat şəkildə gedib-gələ bilirdilər. Hazırda o dayanacaqların ləğvi bu cür problemə səbəb olub".

Ə. Hüseynov dedi ki, yenidən o ərazidə dayanacaqların bərpası üçün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sistemi Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə, yer ayrıldıqdan sonra dayanacaqlar bərpa edilə bilər. 


Sizin Reklam Yeriniz