Əlaqə Arxiv
news Image
2015.10.15
14:23
| A A A
ANS-də daha bir məşhur aparıcının verilişi bağlandı: "Səbəbini özüm də bilmirəm"

ANS telekanalında Kamran Həsənlinin aparıcılığı ilə yayımlanan "Axşam-axşam" verilişi bağlanıb.  Bu barədə Movqe.az-a açıqlama verən aparıcı bildirib ki, verilişin hansı səbəbdən bağlanması onun özünə də bəlli deyil: "Mən heç özüm səbəbi bilmirəm. Verilişin bağlanmasının səbəbini öyrənmək üçün ANS-ə gedəcəm, aydınlaşdıracam. Hələki ANS-ə getməmişəm. Amma veriliş bağlanmağına, bağlanıb, çəkilişlər olmur. Bu barədə mənə ANS-dən məlumat verilib. Sadəcə olaraq səbəbi bilmirəm". 

Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov  ANS-də yayımlananan "Axşam-axşam" verilişinin Şuranın qərarı əsasında bağlanmadığını söyləyib. T. Dadaşov deyib ki, sözügedən kanalda bağlanan "Şokalad" verilişinin də yayımı Şuranın qərarı ilə dayandırılmayıb: "Bizim ANS-lə işimiz yoxdur. Ümumi telekanallarda yayımlanan verilişlərdəki bayağılığın, nöqsanların aradan qaldırılmasına çalışırıq" 


Sizin Reklam Yeriniz