Əlaqə Arxiv
news Image
2015.10.15
18:00
| A A A
Azərbaycanda peyk antenlərinin istehsalına başlanıb
Azərbaycanda bu ilin doqquz ayında kompüter və digər elektron avadanlıqların istehsalının həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr ayları ərzində ölkədə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 127,9 milyon manat olub.
 
Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə kompüter və digər elektron avadanlıqlarının istehsalı 71,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 20,8 faiz artıb. Doqquz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə güc transformatorlarının istehsalı 4,3 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 10,8 dəfə artıb. 
 
Bundan əlavə, bu il peyk antenlərinin istehsalına başlanıb, ötən doqquz ay ərzində 2 480 ədəd anten istehsal edilib. Bu müddət ərzində ölkədə 788 ədəd televizor istehsal olunub.
Sizin Reklam Yeriniz