Əlaqə Arxiv
news Image
2015.10.15
23:30
| A A A
Bakıda yeni metro stansiyası tikiləcək

Bakının Nobel prospektində Ağ Şəhər layihəsi çərçivəsində uzunluğu 237 metr olan körpü inşa ediləcək. Nobel prospekti üzərindən salınacaq yüksək səviyyəli körpü Ağ Şəhərin şimal və cənubunu birləşdirəcək və prospektin yeni nişanına çevriləcək. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall" alış-veriş mərkəzinin 3-ü mərtəbəsinə və şimalda Fəvvarələr Meydanının mərkəzinə, alt qatı isə Central Plaza ofis binalarının meydanına çıxacaq. Piyadalar həmçinin yaxınlıqda yerləşəcək Ağ Şəhər metrostansiyasına da rahat keçid əldə edəcəklər. Bakı Metropoliteninin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nəsimi Paşayev layihə ilə bağlı deyib ki, sözügedən layihə Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində nəzərdə tutulub: "Bizim mövcud yaşıl xəttin davamı olaraq Xətai stansiyasından Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca 3 stansiyamız olmalıdır. Onlardan biri də Ağ Şəhərə yaxındır".

Sizin Reklam Yeriniz