Əlaqə Arxiv
news Image
2015.10.16
11:18
| A A A
Bakıda "BakuBus"ın yeni açılacaq marşurutlarının-Siyahısı-Özəl
Paytaxtda "BakuBus"-ın yeni yeni marşurutları açılacaq. Bu barədə Movqe.az-a "BakuBus"ın məlumat mərkəzindən xəbər verilib. Məlumat mərkəzindən Movqe.az-ın əməkdaşına bildiriblər ki, daha üç marşurut xətinin istismara verilməsi nəzərdə tutulur. Bunlar 2, 3, 7 və 14 saylı xətlərdir. Belə ki, 3 saylı xətt üzrə hərəkət edəcək avtobusların "Azadlıq" metrostansiyası-"Elmlər Akademiyası", 7 saylı xətt üzrə Ziya Bünyadov prospekti, Arxiv İdarəsi-20-ci sahə, 14 saylı marşurut üzrə isə Xətai istiqamətində hərəkəti nəzərdə tutulub. "BakuBus"dan hələki şirkətin 5 xətt üzrə avtobuslarının sərnişindaşıma xidməti göstərdiyini bildirdilər. Yaxın gələcəkdə isə, avtobusların sayı artdıqca "Baku Bus"ın avtobuslarının 14 marşurut üzrə sərnişindaşımada istifadə ediləcəyini bildirdilər. Həmin avtobusların hər birində BakıKartdan istifadə ilə gediş-gəliş mümkün olacaq.
Sizin Reklam Yeriniz