Əlaqə Arxiv
news Image
2015.10.16
11:50
| A A A
Aİ qaçqınların Türkiyədə qalması üçün 3 milyard avro ayıracaq

Avropa Birliyi ölkələri Suriya qaçqınlarının Türkiyə ərazisində qalması üçün Ankaraya 3 mlrd avro ayırmaq imkanını nəzərdən keçirirlər.  Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel qaçqınların məsələsi ilə bağlı Ankara ilə əməkdaşlığa dair Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri həmçinin Türkiyənin Aİ-də üzvlüyü ilə bağlı danışıqlar prosesinin aktivləşdirilməsinə dair razılığa gəliblər.Merkel bundan əvvəl Türkiyənin qaçqınlar probleminə 7 mlrd avro xərclədiyini bildirib. Ölkəyə bu məsələdə xarici yardım 1 mlrd avro təşkil edib.


Sizin Reklam Yeriniz