Əlaqə Arxiv
news Image
2015.10.16
15:23
| A A A
Apteklərdə dərman qıtlığı yoxdur
Apteklərdə dərman qıtlığı yoxdur-REPORTAJ Apteklərdə dərman qıtlığı yoxdur-REPORTAJ

Tarif Şurasının 2015-ci il 25 avqust tarixli 6 nömrəli qərarına əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərindəki tənzimləmədən sonra həmin dərmanları apteklərdə tapılmasında çətinlik yaranması barədə iddialar səslənir. Bununla bağlı apteklərdə keçirdiyimiz sorğu isə əslində, dərmanların heç də alıcıların dediyi kimi qıt olmadığını göstərdi.

Paytaxtda fəaliyyət göstərən apteklərdən birinin rəhbəri Elgün Movqe.az verdiyi açıqlamada deyir ki, apteklərdə eyni tərkibli müxtəlif adlı dərmanlar olduğu üçün alıcılar o dərmanları almaqdan imtina edir: "Buna əsas səbəb isə həkimlərin müxtəlif dərman firmaları ilə çalışmalarıdır. Həkim dərman firmaları ilə işlədiyi üçün, xəstəyə sırf o firmaya aid olan dərmanı məsləhət görür. Alıcı aptekə gəldikdə biz ona eyni tərkibli digər bir dərman təklif edirik ki, bu da alıcının işini asanlaşdırır. Yəni, alıcı həmin dərman üçün bütün şəhəri gəzməyə məcbur olmur. Amma alıcılar isə bəzən bu təklifimizdən imtina edirlər. Həkimin göstərişini alıcılar əhəmiyyətli hesab edirlər. Bunun üçün də çox yaxşı olar ki, həkimlər passiyentlərə dərman məsləhət gördükdə, onlar bu dərmanı tapmaqda çətinlik çəkməsin deyə əvvəlcədən eynitərkibli dərmanlar haqqında da məlumat versinlər".

Biz də öz növbəmizdə alıcılardan bu haqda soruşduq. Qiymətlərin tənzimlənməsi alıcılar tərəfindən çox yaxşı qarşılanıb. Onlardan biri olan Sevda xanım qiymət tənzimlənməsindən çox-çox razıdır. O deyir ki, əvvəlcə dərmanları tapmaq asan olsada büdcəmizə uyğun olmurdu: "O dərmana verilən puldan sonra adamı elə fikir götürürdü ki birdə baxırdın xəstə olmusan. Həmin dərmanlardan tez-tez istifadə etmək lazım olsa da büdcəmiz imkan vermirdi. Bir dəfə alırdın birdə qalırdı 2 ay sonraya. İndi dərmanları tapmaq bir az çətinləşsə də qiymətləri ucuz olduğu üçün sevə-sevə tapırıq. Ümidimiz həkimlərədir, onlar hansı dərmanı məsləhət görsə, biz də çalışırıq o dərmanı tapaq. Bizim əlimizdən başqa şey gəlmir. Paytaxtda hansısa dərmanı tapmaq o qədərdə çətin iş deyil, əsas odur ki, cibimizə uygun olsun".

Sizin Reklam Yeriniz