Əlaqə Arxiv
news Image
2015.10.16
17:21
| A A A
Bakı qışa hazırdırmı? Rəsmi açıqlama

Havalar soyandan yağışların intensiv hal alması Bakının kanalizasiya problemini yenidən gündəmə gətirir. Hələki yağışlar aram-aram yağsa da, payıza xarakterik leysan yağışlarının yağması da gözləniləndir. Bəs görəsən paytaxtın kanalizasiya sistemi təbiətin şıltaqlığına hazırdırmı? "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Anar Cəbrayıllı Movqe.az-a açıqlamasında bildirib ki, qurum qışa hazırlıq məqsədilə bir sıra tədbirlər həyata keçirib. A. Cəbrayıllının sözlərinə görə, bu məqsədlə paytaxtda 30,2 km kanalizasiya xəti təmizlənib: "12 km yağış su xəti təmizlənərək hazır vəziyyətə gətirilib.  8 min yağış barmaqcığı ,17 min kanalizasiya baxış quyusu təmizlənib". 

A. Cəbrayıllı bildirib ki, hava yağışlı olduqda "Bakı Sukanal" İdarəsinin əməkdaşları gücləndilmiş iş rejimində çalışır, qəza xidmətinin əməkdaşları daxil olan hər bir müraciətlə bağlı ərazilərdə kanalizasiya xətlərində yaranmış problemi qısa zaman kəsiyində aradan qaldırırlar. A. Cəbrayıllı deyib ki, qışa hazırlıq işləri Bakının Yasamal, Nəsimi, Nərimanov Səbael, Binəqədi rayonlarında əsaslı aparılıb. Suraxanı, Nizami, Sabunçu rayonlarının isə bir hissəsində  kanalizasiya, yağış barmaqcıqları yağış su xətlərinin təmizlənməsi istiqamətində iş aparılıb. 

Sizin Reklam Yeriniz