Əlaqə Arxiv
news Image
2015.10.16
18:20
| A A A
Bu il Azərbaycanda 1 069 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib

Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1 882 nəfər göndərilib, onlardan 1 069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib. Bu barədə " Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə göndərilən şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 24 925 nəfər keçib. Onlardan 554 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

Bununla yanaşı, 9 ayda 2 157 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 1 016 nəfəri "Alkoqol qəbul nəticəsində psixi və davranış pozuntuları", 933 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları", 208 nəfəri isə digər diaqnozlarla müalicəyə qəbul edilib.


Sizin Reklam Yeriniz