Əlaqə Arxiv
news Image
2015.10.19
15:14
| A A A
Azərbaycanda əhalinin statistikası:"4 9,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir"
Dövlət  Statistika Komitəsi Аzərbаycаndа 2015-ci il sentyabr ayının 1-ə ölkə əhalisinin sayını açıqlayıb. Bu barədə bu gün Dövlət Statistika Komitəsində keçirilən tədbirdə DSK-nın Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov məlumat verib. Movqe.az-ın məlumatına görə, R. Süleymanov bildirib ki, əhalinin sayı 9666,0 min nəfərə çataraq ilin əvvəlindən 73,0 min nəfər və ya 0,8 faiz artıb: "Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür".

R. Süleymanov bildirib ki, son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-avqust ayları ərzində doğulanların sayı ölənlərin sayından 71,8 min nəfər çox olub: "Cari ilin 8 ayı ərzində ölkədə 109,0 min, yaxud hər gün orta hesabla 449 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edibdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir".



Sizin Reklam Yeriniz