Əlaqə Arxiv
news Image
2015.10.19
15:40
| A A A
Nazirlik monitorinqlərə başlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən 2015-ci ildə karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı həyata keçirilən mübarizə tədbirlərinin səmərəliliyinin yoxlanılması, aparılması nəzərdə tutulan mübarizə tədbirlərinin düzgün planlaşdırılması və mövcud olan problemlərin çevik həll edilməsi məqsədi ilə Gəncə-Qazax bölgəsində fitosanitar monitorinqlər həyata keçirilibdir. Movqe.az-ın xəbərinə görə, ümumilikdə, Gəncə-Qazax bölgəsində cari ildə zərərli orqanizmlərin aşkar edilməsi məqsədi ilə 865976 hektar sahədə müşahidə işləri aparılmış, 235379 hektar sahədə sirayətlənmə müşahidə edilmişdir. Zərərli orqanizmlərə qarşı təsərrüfat subyektləri hesabına 99703 hektar, büdcə vəsaiti hesabına isə 39359 hektar mübarizə tədbirləri aparılmışdır. Bölgədə ən təhlükəli növlərdən biri kartof güvəsidir. Güvə vegetasiya müddətində və saxlanma dövründə məhsulu 25-80 faiz məhv edə bilir. Bu təhlükəni nəzərə alaraq, 2014-cü ildən Dövlət Xidməti "Respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı"nı icra edir. Tədbirlər planı çərçivəsində bölgədə zərərvericiyə qarşı 8915 hektar sahədə büdcə vəsaiti hesabına mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri çərçivəsində zərərvericinin vurduğu itki 85-90 faiz civarında azaldılıb.


     Monitorinq zamanı yığılan kartof yumrularının sahələrdə və həyətlərdə açıq şəraitdə saxlanması nəticəsində məhsulun zərərverici ilə təkrar yoluxması müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən fermer və torpaq mülkiyyətçilərinin zərərvericiyə qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirilməsi həyata keçirilmiş, ilin sonuna qədər nəzərdə tutulan mübarizə tədbirlərinin səmərəliliyinin artıtılması barədə işgüzar müzakirələr aparılmışdır.  


Sizin Reklam Yeriniz