Əlaqə Arxiv
news Image
2015.10.19
16:25
| A A A
Əcnəbilərlə ailə quran azərbaycanlı qadınların-Şok statistikası-Özəl
2015-ci ilin 6 ayı ərzində 736 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbilərlə nikaha daxil olub. Həmin dövr ərzində əcnəbi qadınlarla nikaha daxil olan azərbaycanlı kişilərin sayı 618 nəfər olub. Bu barədə Movqe.az-a eksklüziv olaraq Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildə əcnəbilərlə nikaha daxil olan Azərbaycan vətəndaşları qadınların sayı 1635 nəfər təşkil edib. Həmin dövr ərzində isə 1499 Azərbaycan vətəndaşı kişi əcnəbi qadınlarla ailə qurub. 
Sizin Reklam Yeriniz