Əlaqə Arxiv
news Image
2015.10.20
12:12
| A A A
Özəl xəstəxanalarda onkoloji əməliyyatların aparılmasında qanunsuzluq-Özəl
"Özəl xəstəxanalarda, qeyri-profilli dövlət xəstəxanalarında onkoloji xəstələrin əməliyyatı onkoloq cərrahlar tərəfindən aparılmır. Əslində onkoloji əməliyyatlar onkoloq cərrahlar tərəfindən icra edilməlidir". Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin baş onkoloqu Azad Kərimli söyləyib. A. Kərimli deyib ki, özəl klinikalarda onkoloji əməliyyatların aparılması üçün nə mütəxəsis, nə də histoloji müayinələrin aparılması üçün şərait var: "Onkoloji xəstələrin cərrahi əməliyyatları  onkoloji prinsiplərə cavab verən şəraitdə sırf mütəxəssis tərəfindən aparılmalıdır. Çox təəssüf ki, bu səbəbdən də özəl klinikalarda əməliyyat olunan xəstələr Milli Onkologiya Mərkəzinə ağırlaşmalarla müraciət edirlər. Bizim ən ağrılı yerlərimizdən biri də odur ki, özəl klinikalarda əməliyyat olunan xəstələrə onların onkoloji xəstə olduğu, onkoloji əməliyyat olunduğunu demirlər, bunu xəstələrdən gizlədirlər".
Sizin Reklam Yeriniz