Əlaqə Arxiv
news Image
2015.10.21
12:33
| A A A
Dilucu sərhəd keçid məntəqəsi açıldı

Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi olub.


Dövlət Gömrük Komitəsindən (DGK) Movqe.az - a verilən xəbərə görə, açılış mərasimində DGK sədrinin birinci müavini Səfər Mehdiyev, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı, eləcə də Naxçıvan Muxtar Respublikası DGK-nin sədri Asəf Məmmədov, Türkiyənin Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, İğdır valisi Davud Hanel və digər rəsmi şəxslər iştirak ediblər.

A. Məmmədov açılış mərasimində deyib ki, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyev tərəfindən Azərbaycan ilə Türkiyənin, bütövlükdə türk dünyasının birliyi və bütövlüyü naminə böyük işlər görülüb, 1992-ci il mayın 28-də Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Burada gömrük xidmətinin təşkili Azərbaycanın Naxçıvanın və Türkiyənin şərq vilayətlərinin, o cümlədən İğdırın inkişafına yol açıb.

Sizin Reklam Yeriniz