Əlaqə Arxiv
news Image
2015.10.21
14:30
| A A A
Qeysəriyyə əməliyyatı olunanların sənədlərində çatışmazlıqlar aşkarlandı-Özəl
Nailə Şahbazova: "Qeysəriyyə əməliyyatları edilən xəstələrin xəstəlik tarixçələrində nöqsanlar aşkarlanmasa da, bəzi xəstələrin hansı səbəbdən qeysəriyyəyə cəlb olunmasını əsaslandıran sənədlərdə çatışmazlıql

"Paytaxtdakı doğum evlərində qeysəriyyə əməliyyatları edilən xəstələrin xəstəlik tarixçələrində nöqsanlar aşkarlanmasa da, bəzi xəstələrin hansı səbəbdən qeysəriyyəyə cəlb olunmasını əsaslandıran sənədlərdə çatışmazlıqlar aşkarlanıb". Bu barədə Movqe.az-a eksklüziv olaraq məlumatı Səhiyyə Nazirliyinin Qeysəriyyə əməliyyatların yoxlanılması komissiyasının üzvü Nailə Şahbazova verib. N. Şahbazova bildirib ki, ölkədə qeysəriyyə yolu ilə ana olanların sayını azaltmaq üçün ötən il Səhiyyə Nazirliyi "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları"nı hazırlayıb. Belə ki, tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları" və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilib. Buna baxmayaraq hələ də, qeysəriyyə yolu ilə tibbi göstəriş olamadan uşaq dünyaya gətirmə hallarına rast gəlinir. Nailə Şahbazova deyib ki, doğum evlərində yoxlamalar zamanı bəlli olub ki, onların demək olar ki, hamısının xəstəlik tarixçəsində tibbi göstərişin olduğu göstərilib: "Amma bəzi xəstələrin hansı səbəbdən qeysəriyyəyə cəlb olunmasını əsaslandıran sənədlərdə çatışmazlıqlar olduğu ortaya çıxdı. Hansı ki, o sənədlər qeysəriyyə əməliyyatı üçün tibbi göstərişin olduğunu təsdiqləyən faktdır".

 

Sizin Reklam Yeriniz