Əlaqə Arxiv
news Image
2015.10.22
13:40
| A A A
Hava çirklənməsi il ərzində 7 milyondan çox insanın ölümünə səbəb olur

Atmosfer havasının qlobal çirklənməsi il ərzində 7 milyondan çox insanın ölümünə səbəb olur.Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığı təhdid edən risklərin azaldılmasına dair dərc etdiyi hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, qapalı məkanlar və açıq sahələrdə hava çirkləndiriciləri insan sağlamlığına mənfi təsir edir: "Açıq hava çirklənməsi hər il 3,7 milyon, məişət və ya xüsusilə qatı yanacaq istismarına məruz qalan qapalı sahələrdə isə 4,3 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur".

Bundan başqa, hava çirklənməsinin qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görülərsə, 2050-ci ilə qədər insan tələfatını 2 milyon nəfər azaltmaq mümkün olar. Təşkilatın məlumatına görə, hazırda icra edilən proqramlar belə bir proqnoz verməyə əsas yaradır.


Sizin Reklam Yeriniz