Əlaqə Arxiv
news Image
2015.10.22
13:45
| A A A
Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələrində aktivlik yaranıb

Azərbaycanın bir sıra ərazilərində sürüşmə sahələrində aktivlik yaranıb.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.


Ə.Piriyevin sözlərinə görə, Bakı-Şamaxı yolunun 106, 109, 111-ci km-lərində sürüşmə sahələrində müəyyən qədər aktivləşmə müşahidə edilir: "Şamaxının Muğanlı kəndində, İsmayıllı rayonunun Xankəndi kəndində və Ağsu aşırımındakı sürüşmə sahələrində çatlar müəyyən qədər genişlənib. Ağsu aşırımında isə sürüşmə sahələrində fəallşama müşahidə edilir. Hələlik güclü yağışlar yoxdur, həmin ərazilərdə ağır tonajlı maşınlar hərəkət etmir. Ona görə də sürüşmə sahələrində aktivləşmə hələlik çox cüzi müşahidə edilir, sürüşmələrin dinamikası ötən ildəkindən çox zəifdir. Ola bilər ki, gələcəkdə güclü yağışlar yağsa, aktivləşmə arta bilər".


Nazirlik rəsmisi ölkənin digər yollarında, eləcə də dağlıq ərazilərdəki sürüşmə sahələrində hələlik sabitliyin müşahidə edildiyini da əlavə edib.


Sizin Reklam Yeriniz