Əlaqə Arxiv
news Image
2015.10.22
16:20
| A A A
Azərbaycanda 13 mindən çox insanı heyvan dişləyib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 13 720 nəfəri heyvan dişləyib.Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ölkədəki heyvan dişləmələrinin 11 816-sı it , 1209-u pişik, 424-ü siçovul, 271-i digər heyvanlar tərəfindən edilib.

Bu ilin ilk 9 ayı ərzində Bakıda 4182 nəfər müxtəlif heyvanlar tərəfindən dişləmələrə məruz qalıb.

Bu il Bakıda dişləmələrin 3149-u itlər, 706-sı pişiklər, 250-sı siçovullar, 77-i isə digər heyvanlar tərəfindən edilib.

Heyvan dişləmələrinə məruz qalan şəxslərin hamısı müalicə edilib.

Sizin Reklam Yeriniz