Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili
Adil Əliyev Serbiyanın Belqrad şəhərində keçiriləcək WAKO-nun Dünya
Çempionatında təmsil edəcək milli komandanın üzvləri ilə görüşüb.
Görüşdə Bakı 2015 Avropa Oyunlarının karate üzrə ilk mükafatçısı
İlahə Qasımova da iştirak edib. Millət vəkili görüşdə kikboksçulara
uğurlar arzulayıb və kikboksçuların son illər beynəlxalq yarışlarda
yaxşı nəticələr əldə etdiklərini qeyd edib. "Kikboksçularımızdan
uğurlar gözləyirik. Federasiyasımızın böyük idmançı böyük idmançı
potensialı var. Ölkə rəhbərliyi tərəfindən idmanımızın inkişafına
". Vitse-prezidentlər Güloğlan Cabbarov, Səbuhi Rəcəb,
federasiyasının baş katibi Oruc Məmmədli,milli komandanın rəisi
Sadıq Bağırov, idarə heyətinin üzvü Emin Seyidov, baş məşqçi Elşən
Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram
Məcidov, tanınmış kikboks məşqçilər Hakim Hacıyev, Fuad Zeynalov,
Eduard Məmmədov,Aydın Nəcəfzadə və başqaları çıxış ediblər. Onu da
qeyd edək ki, 24 oktyabr 1 noyabr 2015-ci il tarixində Serbiyanın
Belqrad şəhərində WAKO-nun kikboks üzrə Dünya Çempionatı
keçiriləcək. Federasiya çempionatda Azərbaycanı 34 heyətlə təmsil
edəcək. Bunlardan 25 kikboksçu, 9 isə nümayəndə heyəti
olacaq.