Əlaqə Arxiv
news Image
2015.10.23
10:45
| A A A
Bu günün havası: duman, çiskin, yağış...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Sizin Reklam Yeriniz