Əlaqə Arxiv
news Image
2015.10.23
16:40
| A A A
Mədəniyyət və turizm naziri Ağsuda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 29-da Ağsuda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.


Sizin Reklam Yeriniz