Əlaqə Arxiv
news Image
2015.10.24
17:00
| A A A
Azərbaycandakı Rus Pravoslav Kilsəsinin rəhbəri qan verib

"Türkiyədə, İranda olarkən o ölkələrdə də Aşurada qan verilməsini gördüm. Azərbaycandan sonra bu ölkələrdə qanvermə aksiyasının başlaması yaxşı haldır. Mən də hər il qanvenmə aksiyasında iştirak etmişəm".

Movqe.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı söyləyib.

M. Qurbanlı deyib ki, bu il Azərbaycandakı Rus Pravoslav Kilsəsinin rəhbəri Aleksandr Ata ilk dəfə onlarla birgə qan verib: "Bu, çox mühüm tarixi hadisədir. Ölkəmizdə multikulturalizm siyasəti uğurla həyata keçirilir".

Aleksandr Ata isə bildirb ki, xəstələrin qana ehtiyacı var: "Yaxın Şərqdə baş verən hadisələri görürük. Din xoşməramlı missiya daşıyır. Mən Aşura günü ilk dəfə qan vermişəm".

QMİ sədri Allahşükür Paşazadə 2001-ci ildə Aleksandr Atanın onunla birlikdə Kərbəlaya getdiyini bildirib: "Azərbaycanda yaşayan insanların qanında tolerantlıq var".


Sizin Reklam Yeriniz