Əlaqə Arxiv
news Image
2012.04.16
11:34
| A A A
Bu gündən abituriyent ərizələrinin təsdiqinə başlanılır

Bu gündən abituriyent ərizələrinin təsdiqinə başlanılır. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Abituriyentlər aprelin 10-dan mayın 16-dək elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. 

Qeyd edək ki, abituriyentlər ərizələrini təsdiq etdirmək üçün SQK-ya tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi, şəxsiyyət vəsiqəsini, əcnəbilər isə şəxsi pasportları və ya icazə vərəqələrini təqdim etməlidirlər.

Sizin Reklam Yeriniz