Əlaqə Arxiv
news Image
2015.10.26
11:53
| A A A
Bakı-Sumqayıt yolunda yaranmış problemlə bağlı yeni qərar-Özəl
Ələmdar Piriyev: "Problemi birdəfəllik həll etmək üçün suvaylar vurulacaq"

"Bakı-Sumqayıt yolunda yaranmış problemi müvəqqəti aradan qaldırmaq üçün həmin ərazidə dəmir konstruksiya ilə bərkitmə işləri aparılır. Bundan sonra problemi birdəfəllik həll etmək üçün suvaylar vurulacaq. Yerə suvaylar vurulmaqla o problemin qarşısı alınacaq. Dəmir konstruksiya ilə müvəqqəti bərkitmə işlərinin aparılmasının səbəbi isə suvay vurularkən divarın uçmasının qarşısını almaq məqsədi daşıyır".

Bu sözləri Movqe.az-a açıqlamasında Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Sumqayıtdan Bakıya gələn istiqamətdə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin istinad divarına birləşik köməkçi yolda yaranmış çatlarla bağlı problemə aydınlıq gətirərkən söyləyib.  Ə.Piriyevin sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin istinad divarlarının sökülməsi məsələsi aktual deyil. O, bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsi də həmin ərazidə araşdırma aparıb: "Belə qərara gəlinib ki, həmin divarlar sökülməsin. Ərazidə müvəqqəti dəmir konstruksiya ilə bərkidmə işləri aparılsın, Yerə suvaylar vurulduqdan sonra problemin qarşısı alınsın".

Ə. Piriyev bildirib ki, ərazidə hər hansı sürüşmədən söhbət gedə bilməz: "O yolda çatların yaranmasının səbəbi, uzun müddət həmin sahəyə su kütləsinin daxil olması nəticəsində tökmə torpaqda çatların yaranmasıdır". 

Sizin Reklam Yeriniz