Əlaqə Arxiv
news Image
2015.10.26
13:10
| A A A
Dəm qazından bu mövsüm zəhərlənənlərin-STATİSTİKASI
Azər Maqsudov: "Ötən il ərzində isə dəm qazından zəhərlənənlərin sayı 112 nəfər təşkil edib" Havalar soyandan 11 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Movqe.az-a açıqlamasında bildirib ki, dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edənlərə müvafiq tibbi yardımlar edilib. Onun sözlərinə görə, ötən il ərzində isə dəm qazından zəhərlənənlərin sayı 112 nəfər təşkil edib. A. Maqsudov ötən il dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edənlərdən 1 nəfərin dünyasını dəyişdiyini söyləyib. mələrin baş verməsi, qış aylarında müraciətlərin daha da çox olacağından xəbər verir: "Dəm qazı vaxtında ilkin tibbi yardım edilməzsə insanın ölümünə belə səbəb ola bilir. Ötən mövsüm bu cür hadisələrin tez-tez baş verməsi bir daha göstərdi ki, insanlar bəzən dəm qazının "ölüm kabusu" olduğunu unudurlar". 

A. Maqsudov havaların soyması ilə bağlı dəm qazından zəhərlənmə ehtimalının artdığını, əhalini ehtiyatlı olmağa çağırıb.

Sizin Reklam Yeriniz