Əlaqə Arxiv
news Image
2015.10.27
12:25
| A A A
Səhiyyə Nazirliyi: Bu il 95 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib

2015-ci ildə vətəndaşlardan Səhiyyə Nazirliyinə daxil olan şikayətlərin sayı açıqlanıb. Movqe.az məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin 9 ayı ərzində Nazirliyin Hüquq və daxili nəzarət sektoru tərəfindən daxil olmuş 1180 məlumat araşdırılıb.

Aparılan araşdırmalar nəticəsində 2015-ci ilin 9 ayı ərzində 95 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib.

Qeyd olunub ki, cinayət xarakterli pozuntu faktı ilə bağlı daxil olmuş məlumatlar hazırda hüquqi qiymət verilməsi üçün araşdırılır.


Sizin Reklam Yeriniz