Əlaqə Arxiv
news Image
2015.10.27
14:45
| A A A
Havalar soyuyandan 12 nəfər dəm qazından zəhərlənib

Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 12 nəfər müraciət edib.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu rəqəmi ötən ilin müvafiq dövrü ilə müqayisədə az hesab etmək olar: "Bu il dəm qazından zəhərlənənlər arasında ölüm halları baş verməyib".

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanları ehtiyatlı olmağı tövsiyə edib.


Sizin Reklam Yeriniz