Əlaqə Arxiv
news Image
2015.10.27
17:30
| A A A
Xoşqədəm efirə qayıdacaq

Bu il oktyabrın 5-də Milli Teleradio Şurasının qərarı ilə (MTRŞ) ANS telekanalında efirə gedən "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişləri 1 ay müddətinə efirdən kənarlaşdırılıb. Bağlanan hər iki verilişə tətbiq olunan sanksiyadan 20 gündən çox vaxt keçib.


Maraqlıdır, veriliş yenidən efirə qayıdacaqmı?


Movqe.az məlumat verir ki, "ANS" Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasında verilişlərin mütləq efirə qayıdacağını bildirib:


"Əlbəttə, qayıdacaq! Xoşqədəm xanım çox güclü jurnalistdir. Verilişin efirə getmədiyi müddətdə bir torba məktub gəlib. Hamısı öz problemlərinin işıqlandırılmasını və verilişin dayanmasından narahatlığını ifadə edir. Xoşqədəm Hidayətqızı ANS-in işçisidir və o, işini hazırda ANS-də davam etdirir".


Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ANS TV-də həftə içi 5 gün "Sən tək deyilsən", həftədə bir gün isə "Xoşqədəmlə axtarıram səni" adlı layihələrin aparıcısıdır.

Sizin Reklam Yeriniz