Əlaqə Arxiv
news Image
2015.10.29
16:50
| A A A
"Türk Hava Yolları" yeni endirim elan edib

"Türk Hava Yolları" aviaşirkəti Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərindən bir sıra xarıci ölkələrə həyata keçirdiyi reyslərə endirim aksiyası keçirir. Şirkətdən "Report"a verilən məlumata görə, aviabiletlər noyabrın 1-dən 30-dək satılacaq, uçuşlar isə noyabrın 1-dən gələn ilin martın 31-dək həyata keçirilməlidir. Rezerv olunan biletlər maksimum 3 gün içində alınmalıdır. Məntəqədə minimum qalma müddəti iki gün, maksimum isə bir aydır.


Gəncə Tel Əviv 330 avro

Gəncə Lyublyana 349 avro

Gəncə Düsseldorf 406 avro

Gəncə Berlin 403 avro

Gəncə Dnepropetrovsk 307 avro

Naxçıvan Lyublyana 356 avro

Naxçıvan Roma 355 avro

Naxçıvan Tel Əviv 329 avro

Naxçıvan Barselona 373 avro

Naxçıvan Berlin 329 avro


* Qeyd edək ki, qiymətlər hər iki istiqamət üçün nəzərdə tutulub.



Sizin Reklam Yeriniz