Əlaqə Arxiv
news Image
2015.10.29
17:00
| A A A
Çin "Bir ailə - bir uşaq" siyasətini ləğv edir

Çin hökuməti təxminən 40 il qüvvədə olan "Bir ailə - bir uşaq" qaydasını ləğv etmək qərarına gəlib.

"Sinxua" agentliyi xəbər verir ki, bu qərar Pekində ÇKP MK-nin dördgünlük sessiyasının yekununda qəbul edilib. Ailələrə iki uşaq dünyaya gətirməyə icazə veriləcək.

Qaydanın ləğvi haqqında məsləhətləşmələr son illər ərzində aparılıb.

2013-cü ilin sonunda Çin hökuməti məhdudiyyəti bir qədər yumşaldıb - ana və ya ata ailədə yeganə uşaq olduğu halda, onların ikinci uşağı dünyaya gətirməsinə icazə verilib.

Sizin Reklam Yeriniz