Əlaqə Arxiv
news Image
2015.10.30
12:00
| A A A
Prokurorluq orqanlarında kadr islahatı həyata keçirilib - ÖZƏL

Abşeron rayonuna yeni prokuror təyin olunub.

Trend-in əldə etdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.


Sizin Reklam Yeriniz