Əlaqə Arxiv
news Image
2015.10.30
13:35
| A A A
Həftə sonu da hava soyuq və yağışlı olacaq

Noyabrın 1-də Azərbaycanda hava soyuq və yağışlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava soyuq olacaq. Bəzi yerlərdə yağış yağacaq, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsasən gecə və səhər arabir güclənəcək, axşama doğru mülayimləşəcək. Həmin gün rayonlarda da arabir yağış yağacağı gözlənilir. Ümumilikdə noyabrın 2-si gündüzə kimi ölkə ərazisində hava qeyri-sabit olacaq.

Sabahın hava proqnozuna gəlincə, oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlıq rayonlarda yağıntının sulu qara, qara keçmə ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz