Əlaqə Arxiv
news Image
2015.11.01
13:20
| A A A
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9°, gündüz 9-13° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz