Əlaqə Arxiv
news Image
2015.11.01
12:12
| A A A
İspan müşahidəçilər: "Baş çəkdiyimiz 6 məntəqədən heç birində qanun pozuntusuna rast gəlmədik”+FOTOLAR

Bu gün Milli Məclisə V çağırış seçkilər keçirilir. Movqe.az-ın əməkdaşı 10 saylı Binəqədi üçüncü Seçki Dairəsisinin bir neçə məntəqəsində olaraq seçki prosesinin gedişini izləyib. Dairənin tərkibindəki 1 saylı seçki məntəqəsində beynəlxalq müşahidəçilərlə söhbətləşib. İspaniyanın EAEO təşkilatının beynəlxalq müşahidıçiləri Kinteres Limones Antonio (Cntierres Limones Antonio )  və Altava Laval Manuel (Altava Lavall Manuel) Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub.

Kinteres Limones Antonio: "Bu məntəqə Azərbaycanın paytaxtı olan Bakının ətraf kəndində yerləşir. Mərkəz dairə və məntəqələrdə seçki prosesini izləyən müşahidəçilər çox olduğundan, biz bir qədər kənarda seçki prosesini izləməyə qərar verdik. Qəsəbə olsa da, səsvermə üçün çox gözəl şərait yaradılıb. Hər hansı qüsur görmədik. Elə səsvermə də qanunauyğun keçir. Yerli müşahidəçilər də seçki prosesini izləyir. Bu məntəqədə qeydiyyatda olanlar, maneəsiz səs verib  gedirlər. Hərə öz istədiyi namizədə səs verir. Biz bura gələndə səsvermə başlamışdı. Bir qədər dayanıb seçki prosesinin gedişatını izlədik. Seçkilərin bu məntəqədə yüksək səviyyədə keçdiyi qənaətinə gəldik".

Altava Laval Manuel: "Öncə icazə verin qeyd edim ki, bu məntəqədə KİV nümayəndəsinə rast gəldiyimə çox sevindim. Mətbuat demokratiyanın qarantlarından biridir. Havanın soyuq olması və erkən olmasına baxmayaraq insanlar səsvermə prosesində çox aktivdirlər. Hətta yaşlı insanlar da tezdən məntəqələrə axışır. Bu yəqin ki, sizin xalqın zirək olmasından irəli gəlir(red.gülür). Səsvermə başlayandan 6 məntəqədə olmuşuq. Hələki, heç birində qanun pozuntusuna rast gəlməmişik. Yerli müşahidəçilərlə də görüşdük, söhbətləşdik. Sevindiricidir ki, o müşahidəçilər arasında müxtəlif partiyaların təmsilçiləri, eləcə də bitərəflər var. Diqqət çəkən daha  bir məqam odur ki, məntəqələrdə nəzarətçilər var. Onlar heç bir seçicinin təkrar səsverməsinə imkan belə yaratmırlar. Seçicilərin barmağı qapının ağzındaca xüsusi cihazla yoxlanılır. Adları secici siyahısında yoxlanıldıqdan sonra səs verirlər. Baş çəkdiyimiz 6 məntəqədən heç birində qanun pozuntusuna rast gəlmədik".





















 

Sizin Reklam Yeriniz