Əlaqə Arxiv
news Image
2015.11.01
13:35
| A A A
5 saylı məntəqədə təkrar səsverməyə cəhdin qarşısı alındı-REPORTAJ+FOTOLAR

Bu gün Milli Məclisə V çağırış seçkilər keçirilir. Movqe.az-ın əməkdaşı 10 saylı Binəqədi üçüncü Seçki Dairəsisinin bir neçə məntəqəsində olaraq seçki prosesinin gedişini izləyib. Yolumuzu bu dairənin 7 saylı məntəqəsindən salırıq. Məntəqənin sədri Nazim Xuduyev  10: 20-ə olan məlumata görə, 195 nəfərin səs verdiyini deyir. Həmsöhbətimizin sözlərinə görə, məntəqədə 1427 seçici var: "Səsvermə prosesini, 15 müşahidəçi izləyir.  Seçki prosesi ilə bağlı bu saata qədər bir şikayət belə qeydə alınmayıb. Səsvermə prosesi çox şəffaf keçir".













N. Xudiyev seçicilərin səsvermə prosesində aktivliyinin də müşahidə olunduğunu söyləyib.

Məntəqədə bitərəf müşahidəçilərdən Aysel Ağayeva da səsvermə prosesində qanun pozuntusuna rast gəlinmədiyini bildirib: "Seçikini səsvermə başlayandan bu məntəqədə izləyirəm. Hər şey qaydasındadır. Səsvermə çox aktiv və şəffaf keçir".  

Milli Demokrat Həmrəyliyi Partiyasından Sənan Məmmədov da səsvermənin şəfaf keçdiyini dilə gətirib. Müşahidəçi hələ ki, heç bir qanun pozuntusu qeydə almadığını söyləyib. Musavat Partiyasının təmsilçisi Əliş Əzizov da səsvrermə prosesindən hələki razı olduğunu deyib: "Yalan nə deyim, qanun pozuntusu olmayıb indiyədək. Hələ axşama qədər buradayıq. Seçkiləri demokratik ortamda izləyirik".

Buradan çıxıb bu dairənin 5 saylı məntəqəsinə yollanırıq. Məntəqə sədri Zivər Abbasova bizimlə söhbətdə deyir ki, saat 10:30-a olam məlumata görə, məntəqədə qeydiyyatda olan 1396 seçicidən 158-i səsvermə prosesində iştirak edib. Z. Abbasova seçkilərin şəffaf keçdiyini, qanun pozuntusunun indiyədək qeydə alınmadığını dilə gətirib: " Seçkini 18 müşahidəçi izləyir. Onlar da səsvermə prosesindən razı olduqlarını ifadə edirlər. Hələki heç birindən narazılıq, şikayət daxil olmayıb".

Z. Abbasova səsvermə prosesini izləyən müşahidəçilər arasında müxalif partiya təmsilçilərinin də olduğunu qeyd edib. Müşahidəçilər də bizimlə söhbətdə hələki qanun pozuntusuna  rast gəlmədiklərini dedilər. Müşahidəçi Şəlalə Abbasova səsvermə prosesini seçki başlayan andan izlədiyini, bir problem olmadığını qeyd edib. 

Yeni Azərbaycan Partiyasından müşahidəçi olan Əhmədağa Cəbrayılov da seçkilərin demokratik, şəffaf keçdiyini dilə gətirib. 






Böyük Qurtuluş Partiyasının təmsilçisi Tahir Qəmbərov da hələki səsvermə prosesindən razı qaldığını ifadə edib: "Məntəqə açılandan buradayam, hələki qanunpozuntusuna rast gəlməmişəm".




Məntəqədən çıxdıqda qapının ağzında həmsöhbət olduğumuz müşahidəçi Məqsəd Orucov isə səhərdən indiyədək bir təkrarsəsvermənin qarşısının alındığını söyləyib: "Gördüyünüz kimi biz qapıda dayanmışıq. Seçki prosesinə nəzarət edirik. Bayaq iki nəfər gəlmişdi. Biri keçib səs verdi, o biri də səs vermək üçün gəldiyini desə də, barmağını yoxladıqda təkrarsəsverməyə gəldiyi üzə çıxdı. Burada ona izah etdik ki, bir seçicinin bir dəfə səs vermək hüququ var. O, isə artıq səsvermə prosesində iştirak edib. Həmin şəxs məntəqəni dərhal tərk etdi".











Bu məntəqədən çıxaraq 4 saylı seçki məntəqəsinə səsvermə prosesini izləməyə yollanırıq. Məntəqə sədri Elmar Musayev isə məntəqədə hələ ki, qanun pozuntusu qeydə alınmadığını bildirib: "Məntəqədə qeydiyyatda olan 1370 seçicidən 10:40-a olan məlumata görə, 185 nəfəri səs verib. Seçicilər aktivdir, səsvermə demokratik, şəffaf keçir. İndiyədək şikayət daxil olmayıb. Nə də ki, təkrar səsverməyə cəhd hadisəsi qeydə almamışıq".

Müşahidəçilər Vüsalə Qurbanova, Hafiz Kərimov, Əbülfəz Məmmədov, Həsən Ağayev də hələki seçki prosesində qanunsuzluq müşahidə edilmədiyini qeyd etdilər.    

 

Sizin Reklam Yeriniz