news Image
2012.04.16
16:02
| A A A
Aprel ayının xeyirli təhamları

Aprel ayında hər tərəf yaşıllaşdığı kimi, mağazalarda yamyaşıl meyvə-tərəvəzlər peyda olur. Lakin aprel ayında digər aylardan fərqli olaraq insanlar güc və qüvvə itirir. Həkim immunoloqların sözlərinə əsasən, aprel ayının özünə məxsuz meyvə-tərəvəzləri var. Əgər biz onları düzgün istifadə etsək, bu ayı olduqca yaxşı keçirdərik.

Həkimlərin ilk məsləhəti aprel ayında bolluca ispanaqdan istifadə etməkdir. Ispanaqda dəmir və kalsiumun bol olduğundan insana güc verir. Həmçinində ispanaqda olan K vitamini sümükləri gücləndirir və qanı təmizləyir.

İspanaq ürək-damar xəstəliklərinə tutulma riskini azaldır.

Siyahıda ikinci yeri göyərti tutur. Göyərtidə kalsium və maqneziumla boldur. Bu isə əsəb sisteminin düzgün işləməsinə zəmanət verir. Kalsium sümükləridə bərkidir.

Üçüncü yer isə yaşıl soğana məxsuzdur. Yaşıl soğan həm bakteriyalarla həmdə soyuqdəyməylə mübarizədə olduqca effektivdir.

Sırada isə kələmdir. Qeyd edək ki, kələm böyrəkdə olan zəhəri neytrallaşdırır və orqanizmi təmizləyir. Kələmdə olan vitamin C portağalından daha çoxdur.  Bu vitamindən əlavə kələmin daxilində K, A kimi vitaminlər var.

Beşinci yerdə isə əncirdir. Qeyd edəki ki, əncirdə çoxlu miqdarda maqnezium olduğundan, o ürəyə çox xeyirdir.

Daha sonra isə Azərbaycanda bir elə populyar olmayan ravend bitkisi gəlir. Yazda bu bitkidən istifadə orqanizm üçün olduqca xeyirlidir. Bu bitki aprel aylarında çıxır. Ravenddə C və K vitaminləri olduqca boldur.

Yeddinci yer isə quşqonmaz kimi bilinən bitkiyə aiddir. Bu bitkinin tərkibində vitaminlər və minerallar çoxluq təşkil edir. Həmçinin bu bitkinin tərkibində C, A, B1, B2, B6, kaliy və maqnezium var. Bu bitki xüsusiylədə hamilə qadınlar üçün çox faydalıdır.

Siyahıda yer alan daha bir faydalı nemət isə çuğundurdur. Çuğundurda olan cismlər qeyri-adi hüceyrələri tapıb məhv edir.

Bundanda əlavə çuğundur böyrəyi təmizləyir. Orqanizmdə olan zəhərləri təmizləyir, artıq hormonlardan azad edir. Çuğundurun tərkibində kaliy və maqnezium bolluq təşkil edir. Alimlərin sözlərinə görə, çuğundurdan istifadə qocalmaq prosesini azaldır və insan orqanizmini cavan saxlayır.

Doqquzuncu yer paxlaya məxsuzdur. Paxla orqanizmi zülal və antioksidantlarla təmin edir. Qeyd edək ki, paxla ət, taxıl, meyvəni əvəz edə bilir. Paxla xolesterinin miqdarını azaldır və qanda şəkəri təmzimləyir. Həmçinində paxla xərçəng xəstəliyindən qoruyur.

Və nəhayət siyahının onuncu yerində isə badam yer tutur. Amerikalı alimlərin apardıqları tədqiqata əsasən, səhər tezdən badam istifadə edənlər bütün gün ərzində özlərini tox hiss edəcəklər. O bir növ orqanizmi aldadır.

 

Türkan Nadirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs