Əlaqə Arxiv
news Image
2012.04.16
18:27
| A A A
Ət yemək ziyandır yoxsa yararlıdır?

Ətin orqanizmə yararlı olub olmaması haqda mübahisələr artıq yüz illərdir ki, aparılır. Yemək rasionundan əti tamaiylə ləğv etçək olduqca ziyandır. Ətdən ilk növbədə hamilə qadınlar və uşaqlar istifadə etməlidirlər.

Qeyd edək ki, həkimlərin fikrincə ət yeməyən qadınlar adətən dünyaya xəstə uşaq gətirirlər. Bu isə tərəvəzdə lazımi vitaminlərin olmaması ilə bağlıdır. Ət yemeyən insanların orqanizmində  B12 vitamini çatışmır. Bu vitamin isə ətdə, süddə və yumurtada olur.

Ilk növbədə onu bilmək lazımdır ki, ətdə orqanizmə lazım olan zülal var. Orqanizm lazımi miqdarda zülal almadıqda isə, sonradan bir çox xəstəliklərə tutula bilər.

Lakin unutmamaq lazımdır ki, zülalın çoxluğuda orqanizm üçün müəyyən fəsadlar törədə bilər.

Ətdə A, B1, B6, B12 kimi vitaminlər var. İnsan ətdən lazımi miqdarda istifadə edərsə, bu orqanizm üçün daha faydalı olar. Lakin qoyun və donuz əti oinsana olduqca ziyandır. Çünki onların tərkibində xolestrinin miqdarı çox yüksəkdir. Bu isə ürək-damar sisteminə zərbə vurmağa qadirdir.

 

Türkan Nadirqızı

Sizin Reklam Yeriniz