news Image
2012.10.25
13:22
| A A A
“Özümü yaxşı hiss edirəm”
"Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm, xalqımızın hər bir övladına gözəl günlər və sağlamlıq arzu edirəm".
Bunu APA-ya açıqlamasında Türkiyədə müalicə alaraq bu gün Vətənə qayıdan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri deyib.
Aktyor Vətənə qayıtmasına və bu günün məhz bayram gününə təsadüf etməsinə görə daha da sevindiyini söyləyib: "Yanvar ayına kimi Vətəndə olacam. Bakı üçün çox darıxmışam. Özümü yaxşı hiss edirəm".