news Image
2012.04.17
14:58
| A A A
Burun qanaxması - səbəblər, ilkin müdaxilə..

Burun qanaxması hər bir kəsdə ola bilər. Qanaxmanın səbəbləri isə müxtəlifdir. Bu haqda Movqe.Az-a həkim–terapevt Nəcibə Axundzadə məlumat verdi.

 

"Əvvəla üz və baş nahiyəsində alınmış zərbələr buna səbəb ola bilər. Daha sonra isə temperaturun düşməsi, aspirin qəbul edərkən,və arterial təzyiqin qalxması burunda qanaxmaya səbəb ola bilər.

 

Çox vaxt qanaxmaya hormonal dəyişikliklərdə səbəb ola bilər. Bəzən isə ürək, ciyar və yaxud böyrək kimi orqanların xəstəliyi burunda qanaxmaya səbəb ola bilir", - N.Axundzadə dedi.

 

Həkimin sözlərinə əsasən, qanaxmaya səbəb siqaretdən, alkoqoldan və narkotik maddələrdən  istifadə ola bilər.  Burun qanaxmasının səbəbindən asılı olmayaraq, xəstə dərhal həkimə müraciət etməlidir.

 

Burun qanaxmasında ilkin yardım

 

İlk olaraq xəstəni elə bir şəkildə yerləşdirmək lazımdır ki, başı yüksəkdə qalsın. Lakin bu o demək deyil ki, xəstənin başını arxaya atan şəkildə tutmaq lazımdır. Bunu heçvaxt etmək olmaz, çünki belə halda qan gənziyə düşə bilər. Yaxşı olardı ki, xəstənin burnunun üstünə  buzlu salfet qoyulsun.

 

Uşaqlarda burun qanaxmaları daha təhlükəlidir. Çünki onlar heçdə bir vəziyyətdə qala bilmirlər. Bu isə qan damarlarının partlaması ilə nəticələnə bilər.

 

Qanaxmanı necə dəyandırmalı?

 

Əgər qanaxma 10 dəqiqədən sonra dəyanmırsa, burun deşiklərinə pambıq qoymaq olar. Bu üsul burun qanaxmasını 15-20 dəqiqəyə dəyandırır. Yox əgər qanaxma dəyanmırsa, onda təcili yardım çağırmaq lazımdır.

 

Türkan Nadirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs