Əlaqə Arxiv
news Image
2012.11.06
14:35
| A A A
Afrika taunu Azərbaycanı da təhdid edə bilər
Səfayə Əhmədova: «Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycandakı epidemioloji vəziyyət nəzarət altında saxlanılır» Yolçu Xanvəli: «Bu infeksion xəstəlik diqqətsizlik ucbatından keçə bilər» BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qafqaz regionunda donuzlarda Afrika taunu epidemiyası olması barədə xəbərdarlıqla çıxış edib. FAO-nun baş baytarı Xuan Lubrotanıpn yaydığı bəyanatında bildirib ki, Qafqazda xəstəliyin son hallarının analizinin nəticələri onu göstərir ki, regionu ən yaxın vaxtda donuz taununun yeni epidemiyası gözləyə bilər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Azərbaycanı heç bir təhlükə gözləmədiyini bildirib: "Ümumiyyətlə bizim sanitar xidmət nəzarət altındadır. Bununla bağlı heç bir müraciət daxil olmayıb. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycandakı epidemioloji vəziyyət nəzarət altında saxlanılır. Bizim ölkə üçün hələ ki, elə bir təhlükə gözlənilmir."
Azərbaycan Kənd Təsərrüfatı Naziriyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məsələ ilə əlaqədar Movqe.az saytına aşağıdakıları bildirib: "Afrika taunu Rusiyanın cənub zonasında geniş formada yayılmışdır. Orada böyük donuzçuluq kompleksləri fəaliyyət göstərir. Bu komplekslərdə bu xəstəlik hardasa 3 ildən çoxdur ki, davam edir. Verilən məlumata görə həmin ərazilərdə bu xəstəlik hələdəmövcuddur. Azərbaycanda bu xəstəlik bir dəfə 2008-ci ildə baş vermişdir. Bu hal Qəbələ rayonunun Nic kəndində  aşkar edilmişdir. Kənd qısa müddətdə karantinə götürüldü. Ərazidə olan donuzlar məhv edildi. Müvafiq profilaktik tədbirlər həyata keçirildikdən sonra donuz saxlanmasına icazə verildi. Onu da qeyd edim ki, Azərbaycanda o qədər də yüksək səviyyədə donuz saxlanılmır. Böyük komplekslər yoxdur. Sadəcə ölkə üzrə 6 mindən biraz çox donuz saxlanılır. Onlar da ayrı-ayrı təsərrüfatlarda qapalı şəraitdə saxlanılır. Açıq şəraitdə heç bir yerdə donuzlar saxlanılmır. Bu barədə də rayon baytarlıq idarələrinə qəti sürətdə tapşırıq verilib. Donuzlar qapalı şəraitdə saxlanılsın və ora kənar adamların daxil olması qadağan edilsin. Bu gün ölkəmizdə vəziyyət sabitdir. Onu da qeyd edim ki, bu infeksion xəstəlik diqqətsizlik ucbatından keçə bilər. Heç kim zəmanət verə bilməz ki, Azərbaycanda bu xəstəlik olmayacaq. Amma ciddi iş rejimi altında olarsa, təsərrüfütlarımız bugünki kimi fəaliyyət göstərərlərsə, belə xəstəliyin baş verməsi reallıq kimi görünmür. Biz çalışırıq ki, bu xəstəlik bir daha ölkəmizdə olmasın. Bu istiqamətdə lazımı tədbirləri görürük. Bir daha qeyd edirəm ki, donuzlar lazımı qaydada saxlnılarsa, bu xəstəlikm Azərbaycanda müşayət olunmayacaq."
Sizin Reklam Yeriniz