Əlaqə Arxiv
news Image
2012.11.08
12:02
| A A A
Laptop istifadəçiləri, diqqət!

Movqe.az xəbər verir ki, Laptopun sonsuzluğa gətirib çıxardığı söz-söhbətinə mütəxəssislər apardıqları araşdırma ilə cavab verib.

Uzun müddət diz üstü kompüter ilə çalışan kişilərdə sperma itkisi olur. Laptopların qucaqda deyil, masa ya da buna bənzər yerdə istifadəsinin lazım olduğunu söyləyən mütəxəssislər kişiləri xəbərdar edib.

Bir ailənin uşaq sahibi ola bilmək üçün müraciəti nəticəsində həkimlərin araşdırması maraqlı həqiqəti ortaya çıxarıb.

Daily Mirror qəzetinin xəbərinə görə, Scott Reedin uzun müddət diz üstü kompüterlə çalışması sprma itkisinə gətirib çıxarıb. Buna səbəb cihaz işləyərkən yaranan istilik olduğu ortaya çıxıb.

Həkimlərin tövsiyəsi ilə kompüterini masasının üzərində istifadə etməyə başlayan Scott Reedin həyat yoldaşı Laura Reed üç ay sonra hamilə qalıb. Beləliklə həkimlərin nəzəriyyəsi də sübut edilmiş olub.

Biomedikal mütəxəssisi Sue Kenvortinin açıqlamaları da bunu təsdiqləyir. Kenvorti kişilərin diz üstü kompüterlərini masada və ya buna bəzər başqa yerdə istifadə etməyin vacibliyini, kompyüterdən diz üstə istifadənin təhlükəli olduğunu qeyd edib.

Sizin Reklam Yeriniz