Əlaqə Arxiv
news Image
2012.11.08
15:03
| A A A
Tağı Əhmədov müraciət etdi

Hazırda Bakı Metropoliteninin vaqon parkı 266 vaqondan ibarətdir. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun 8 noyabr - Metropoliten işçilərinin peşə bayramı münasibətilə metro işçilərinə müraciətində deyilir.Müraciət Bakı Metropoliteninin rəsmi saytında yerləşdirilib.

Onun sözlərinə görə, 260-dan çox vaqondan ibarət park sərnişin daşımalarının həcmini hazırkı tələblərə uyğun olaraq həyata keçirməyə imkan verir.

"Yollar, tunellər və oradakı bütün texniki qurğular qatarların təhlükəsiz hərəkətini təmin etməyə qadirdir", - Əhmədovun müraciətində deyilir.

Metropoliten rəhbəri qeyd edib ki, metronun növbəti 20 ildə inkişafı planı çərçivəsində yolların uzunluğu 119 km-ə, stansiyaların sayı 76-ya çatacaq. "Artıq gələn il biz metromuzun 3-cü xəttinin ilk stansiyasını istismara qəbul edəcəyik", - Əhmədov bildirib.

Onun sözlərinə görə, "Dərnəgül" deposunun işə düşməsi vaqon təmiri bazasının genişlənməsi, texniki imkanlarının daha da artması deməkdir. Bu depo metroda ilk dəfə vaqonların əsaslı təmiri işlərinin təşkilinə imkan verəcək.

Sizin Reklam Yeriniz