Əlaqə Arxiv
news Image
2012.11.12
10:57
| A A A
“Yer kürəsində bioloji resurslar tükənmək üzrədir”

Bu gün dünya yeni biohəyacan təbili çalır. Bunu Beynəlxalq Gənclər Forumunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
O qeyd edib ki, yer kürəsində bioloji resurslar tükənmək üzrədir. Bu gün bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində planetimizin resursları insanları təmin edə bilmir.
"Bunun nətiucəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş və yemiş olurlar".
Nazir bildirib ki, dövlətlər nə qədər dövlətlər müxtəlif layihələr həyata keçirsələr də, yaşıl düşünməyə çalışsalar da, bu gün hər kəsi narahat edən ən ciddi məsələ insanların ətraf mühitə baxışlarının dəyişməsi ilə bağlıdır.
H.Bağırovun sözlərinə görə, böyük investisiya yatırmadan insanların təfəkkürünü dəyişməklə ekoloji problemləri həll etmək olar.
Bu məsələdə də gənclərin rolunun böyük olduğunu deyən H.Bağırov qeyd edib ki, mövcud sahədə o zaman uğurlar əldə etmək olar ki, nəhəng qüvvələr bioloji resurslardan düzgün istifadə üçün səylər göstərsinlər.

Sizin Reklam Yeriniz