Əlaqə Arxiv
news Image
2012.11.13
11:07
| A A A
Məşhur aktyor vergidən qaçmaq üçün Belçikaya köçür
Məşhur aktyor vergidən qaçmaq üçün Belçikaya köçür

Movqe.az xəbər verir ki, Fransada vergidən qaçmaq istəyənlərə hər kəsin diqqətini çəkən ad əlavə olunub. Məşhur aktyor Gerard Depardieu Belçikada ev alıb. Qəzetlər, əlavə vergi ödəmək istəməyən Depardieunin Belçikaya köçəcəyindən yazır.

Frana və Belçika mətbuatının iddiasına görə, məşhur Fransız aktyoru Gerard Depardieu əlavə vergi ödəmək istəmədiyi üçün Belçikaya gedir.

63 yaşlı aktyorun ev aldığı qəsəbədə Fransada vergi ödəmək istəməyən Fransa vətəndaşları  yaşayır.

Depardieu Belçikada ev aldığı xəbərinin təkzib etməyib. Belçika Fransanın əksi olaraq verginin olmaması ilə fransızlar üçün son dövrdə bir cazibə mərkəzidir.

Fransada hökumət 2013-cü ildə sərvətə görə təyin olunanan vergini yüzdə 75 artırmağı planlaşdırır. Bu vergidən qaçmaq istəyən varlıların xaricə getməsi ölkədə xeyli müddətdir müzakirə mövzusudur.

Ölkənin ən varlı adamı Bernard Arnault bir müddət əvvəl Belçika vətəndaşlığı üçün müraciət etdikdə başda prezident Fransua Hollande olmaqla çoxlarının müzakirə hədəfi olmuşdu.

Sizin Reklam Yeriniz